“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir

Müştəriləriyönümlü mobil operator olan “Nar” “Sizə ən yaxın” prinsipini rəhbər tutaraq hər bir fərdi müştərinin unikal ehtiyaclarını qarşılamağa həmişə hazır olan etibarlı tərəfdaşdır. Müştəri mərkəzli bu yanaşma “Nar”ın əlçatanlıq, sərfəli qiymət və unikal mobil təcrübə axtaranlar üçün əsas provayder olaraq qalmasını təmin etmək öhdəliyinin göstəricisidir.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.