"Səhhəti və psixoloji durumu yerindədir" - Araikin azərbaycanlı vəkilindən açıqlama

Pravda.az-ın xəbərinə görə, bunu Qarabağda separatçıların keçmiş "prezidenti” Araik Arutyunyanın vəkili Alov Səfərəliyev bildirib.
"Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik" - vəkil bildirib.