Vətən müharibəsi şəhidi Taleh Kazımovun həyat yoldaşı Əməkdar artist Xumar Qədimovaya hədiyyə təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri nəğməkar-şair Cəlal Qurbanov instaqram hesabında paylaşıb. T. Kazımovun xanımı sənətkara şəhidin qol saatını bağışlayıb. Məlum olub ki, X. Qədimova şəhidimizin ən sevimli müğənnisi olub.