Orqan satışı ilə bağlı elanlar artır: Cana can qatmaq, yoxsa “can bazarı”?

“İnsanlar arasında bu haldan sui-istifadə edərək orqan alverinə cəhd xoşagəlməz haldır. Bu həm hüquqi, həm də tibbi tərəfdən birmənalı olaraq yolverilməzdir. Azərbaycan qanunvericiliyində bunu əngəlləyən hüquqi- normativ sənədlər var. Biz əminik ki, Səhiyyə Nazirliyinin tərkibində yaradılmış Koordinasiya mərkəzinin və hər bir xəstəxanada bu işlə məşğul olan ekspertlərin və xəstəxanaların özlərinin deontolojik, etik, hüquq kriteriyalarına uyğun olaraq bunun real nəticələri ilə rastlaşmamışıq”, - deyə deputat əlavə edib.
R.Mahmudov vurğulayıb ki, bu, birmənalı olaraq ölkəmizdə aparılan səhiyyə islahatlarına zərər verən bir hadisədir.