Tahir Kərimli: “Spirtli içkilər, ət və ət məhsulları sexlərdə hazırlanır, brend ad altında satılır, buna göz yuman məmurlar isə…”

Bu sözləri Pravda.az-a açqılamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
Deputat bildirib ki, hər şeydən əvvəl millətin məmurlarının şüuru yüksək olmalıdır: “Məmurlar öz mənafelərindən çox dövlətin, xalqın mənafeyini düşünməlidirlər. Amma bu, arzu olaraq qalır, həyata keçmir. Hətta buna göz yuman məmurların özləri haqqında da ciddi tədbirlər görmək lazımdır ki, vəzifə borclarını vicdanla yerinə yetirsinlər. Açıq deyirəm, nə qədər incisələr də, əsasən bu hallar müsəlman ölkələrində daha çox olur. Avropa və digər ölkələrdə belə şeylər azdır. Çox ciddi qanunların tətbiqinə və tətbiqi üzərində nəzarətə əhəmiyyət vermək lazımdır. Bu məsələlər ən yüksək səviyyədə ortaya qoyulmalı, nəzarət edilməlidir. Hökumət nəzarəti olmalıdır. Hökumət özü yüksək səviyyədə bu işə göz yuman məmurlara iradlarını bildirməlidir ki, vəzifələrini layiqincə yerinə yetirmirlər”.