Jurnalist Arayikin Xankəndidəki kreslosunda əyləşdi — FOTO

Yenilik.az xəbər verir ki, AzTV-nin yaydığı görüntülərdən bəlli olur ki, Azərbaycan Ordusunun gəlişindən qorxan separatçıların “rəsmiləri” danışdıqları telefonun dəstəyini belə yerinə qoymadan tələm-tələsik qaçıblar.
Yeri gəlmişkən, Xankəndidən reportaj hazırlayan AzTV-nin əməkdaşı Vüsal Məmmədov sosial şəbəkədə Arayik Arutyunyanın keçmiş kabinetindən maraqlı görüntü paylaşıb. Telejurnalistin Arutyunyanın kreslosunda əyləşib poza verməsi sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. (Modern.az)