Növbəti Karyera Günü keçirilib

Qərbi Kaspi Universitetində “PaşaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə Karyera Günü keçirilib.
Şirkətin mütəxəssisləri tələbələrə "Pasha Pay" şirkətinin fəaliyyət strategiyası, iş prinsipləri, sahibkar və fiziki şəxslərin öz vəsaitlərini istənilən yerdə və istənilən vaxt rahat idarə edə bilməsi üçün mövcud olan maliyyə xidmətləri haqqında məlumat verib, onların suallarını cavablandırıblar.
“PaşaPay” 29 aprel 2022-ci ildə FinTech şirkəti kimi yaradılıb. Şirkətin əsas missiyası hər kəsin öz vəsaitlərini istənilən yerdə və istənilən vaxt rahat idarə edə bilməsi üçün maliyyə xidmətlərini inkişaf etdirməkdir.