Nəzakət Məmmədova Rusiyaya necə casusluq edib? - Detallar

Dosent Zaur Əliyev isə daha detallı informasiya ilə çıxış edib. O bildirib ki, Rusiya və ya hər hansı ölkənin maraqlarına xidmət edən statuslar yazmaq və paylaşımlar etməklə adamı həbs etmirlər:
“Ancaq dünyanın terrorçu təşkilat kimi tanıdığı “Vaqner”i təbliğ edən Teleqram kanalını yaratmaq, informasiya ötürmək, müharibənin ən qızğın vaxtında Ukraynaya, döyüşlərin getdiyi təhlükəli bölgəyə səfər etmək şübhəlidir: ora hansı yolla, hansı maliyyə ilə gedilib? Türkiyəyə getmək, görüşlər keçirmək, bank hesabına gələn şübhəli məbləğlərdir əsas səbəb”./Axar.az