Bu əşyanı dərhal yataq otağınızdan çıxarın - Əks halda...

"Yorğunluğun ən mühüm səbəblərindən biri, təbii ki, stressdir. Fərqində olmadan yaşadığımız narahatlıq, psixi pozğunluqlar və yuxusuzluqlar da buna səbəb olur. Amma yorğunluğun ən böyük səbəblərindən biri bədəndə minerallar - xüsusilə maqnezium və kaliumun olmamasıdır. Susuzluq da daxildir" - o bildirib.
Gecələr yuxu problemi olan insanlar üçün də tövsiyələr verən Karatay nizamlı yuxunun vacib olduğunu vurğulayıb. Həkim qeyd edib ki, yatdığınız otaqlarda televizor, telefon və ya şarj cihazı olmamalıdır:
"Otağı mümkün qədər qaranlıq saxlayın. Səs-küydən uzaq durmaq da faydalıdır. Hər gecə saat 22.00-23.00 radələrində rejim nizama salınmalıdır. Yataqda yaxşı musiqi dinləmək və ya kitab oxumaqla bunu edə bilərsiniz. Ancaq telefonla oynamaq və ya planşetə baxmaq yuxunu və əsəbləri pozur".