Nadir Adilov Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının Komitə iclasında çıxış edib.

Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində CEPEJ-in Azərbaycanda mediasiya üzrə təlim çərçivəsinin təkmilləşdirilməsi üzrə missiyasının Texniki Layihə Komitəsinin iclası keçirilmişdir.
Azərbaycan Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Mediasiya Şurasının qısa müddətdə əldə etdiyi nailiyyətlərə toxunub və uğurlar barədə danışıb. Onun fikirlərinə görə Azərbaycan ictimai rəyi mediasiya islahatlarını müsbət qəbul edir və mediasiya sahəsində barışıq sazişlərinin müsbət dinamikası günbəgün artır, bu isə məhkəmə-hüquq islahatları üçün mühüm vətəndaş iştirakçılığı töhfəsidir. Nadir Adilov eyni zamanda qeyd edilən layihədən gözləntilərinin çox olduğunu qeyd etmiş, layihənin KİV və Vətəndaş Cəmiyyəti təsisatları, eyni zamanda maraqlı tərəflərin iştirakı ilə davam etdirilməsinin önəmini qeyd etmişdir.