Deputat: “Repetitorluqla məşğul olanların məktəbdə müəllim kimi fəaliyyətinin dayandırılması təklifi tamamilə doğrudur...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib.
Deputat bu məsələdə məktəb rəhbərliyinin məsuliyyət daşıyıb-daşımaması barədə suala isə belə cavab verib: “Bakının 134 nömrəli məktəbinə tez-tez gedib-gəlirəm, çünki nəvələrim həmin məktəbdə təhsil alırlar. Bu məktəbin direktoru heç bir müəllimə məktəbdə repetitorluqla məşğul olamağa qətiyyən icazə vermir, qadağa qoyub. Bunu tam əminliklə deyirəm. Amma müəllim işdən sonra haradasa ofis tutub repetitorluq edirsə, bunu məktəb direktoru bilməyə də bilər. Artıq müəllimin məktəbdən kənardakı fəaliyyətinə direktor məsuliyyət daşıya bilməz, nəzarət edə bilməz. Bəzi məktəblərdə isə əksinədir, direktorlar müəllimlərə şərait yaradırlar ki, onlar dərsdən sonra məktəbdə repetitorluqla məşğul olsunlar. Şübhəsiz ki, burada məktəb direktoruna da çatan “nəsə” var...”