“Axmaq-axmaq fikirlər üzə çıxarırlar”

H.Hüseynovanın sözlərinə görə, bunu deyəndə ağıl yoxdur: “Mən də onlara deyirəm ki, əgər qadınların 70 faizi sterilizasiyadan keçirsə, bizdə niyə doğum sayı azalmayıb? Bu uşaqları kişilər doğurlar?! Belə axmaq-axmaq fikirlər üzə çıxarırlar. Avropada son dövrlərdə heç uşaq dünyaya gətirmirlər. Onların statistikasına, demoqrafiyasına baxın. Baxmayaraq ki, müharibə şəraitində yaşamışıq, lakin bizdə demoqrafik vəziyyət aşağı düşməyib”.