Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində təlim keçirilib.

Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində təlim keçirilib. 26 oktyabr 2023-cü il tarixində Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III (PGG III) “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində CEPEJ-in mediasiya üzrə təlimçilər üçün təkmilləşdirilmiş təlim keçirilib.
Açılış nitqi ilə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri cənab Petr ZIX, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru cənab Elçin Xələfov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi xanım Məryəm Hacı-İsmayılova çıxış ediblər.

Mediasiyaya ümumi baxış və onun əhəmiyyəti barədə danışan Sloveniyalı CEPEJ eksperti, xanım Nina Betetto və Portuqaliya CEPEJ eksperti, xanım Maria Oliveira praktiki əhəmiyyətli məşğələdən söz açıblar. Ekspertlər həmçinin prosesdə mediatorun rolu və əsas mediasiya prinsipləri və etikası qaydalarını vurğulayıb və mediasiya prosesinə baxış və mediasiya sessiyasının nümayişinə diqqət çəkiblər.

Daha sonra Gürcüstan Mediatorlar Assosiasiyasının sədri cənab İrakli Kandashvili və Beynəlxalq Mediasiya İnstitutunun sertifikatlı mediatoru və Türkiyəli mediasiya təlimçisi, xanım Yonca Fatma Yücel videokonfrans vasitəsilə Gürcüstandan və Türkiyədən olan həmkarlar ilə mediasiya təlimi çərçivəsi və yaxşı təcrübələrə dair müzakirə aparıblar. Görüş Azərbaycandan olan iştirakçılarla fikir mübadiləsi ilə davam edib.



Geri qayıt