Danimarkalı professorun mühazirəsi olub

Qərbi Kaspi Universitetinin təşkil etdiyi ənənəvi Beynəlxalq Payız Mühazirələri davam edir. Universitetin növbəti qonağı Kopenhagen Universitetinin professoru Mads Peter Sorensen olub.
Professor "Qeyri-xətti qismən diferensial tənliklərlə modelləşdirmə. Fiziki hadisələr və bakterial böyümə modellərinə bioloji tətbiqlər" mövzusunda çıxış edib. Daha sonra iştirakçılara sertifikatlar təqdim olunub.