Sumqayıtda qətl törədən şəxsin ailəsindən açıqlama: “Həmin gün işə gedib” - VİDEO

Yenilik.az xəbər verir ki, bunu Sumqayıtda evə silahlı basqın etməkdə ittiham olunan şəxsin anası Əntiqə Tağıyeva Baku TV-yə açıqlamasında deyib.
Saxlanılan şəxsin qardaşı Xəqani Tağıyev isə birlikdə işə getdiklərini bildirib:
“Saat 08:30-da birgə işə getmişik. Silahının olduğunu görməmişəm. Öz silahı olmayıb, başqasından əldə edib”.
Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, dörd nəfər - Tərlan Fərəcova, Serkan Karakaş, Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.
Ətraflı Baku TV-nin süjetində: