Universitetimizin 2 komandası “Məhsul sahibi marafonu”nunda FİNALDA!

Universitetimizin 2 komandası “Məhsul sahibi marafonu”nunda FİNALDA!
Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət 4 komanda “Paşa Bank”ın tərəfdaşlığı və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə keçirilən “Məhsul sahibi marafonu”nda iştirak edirdi. Komandalarımızdan 2-si final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, iştirakçılar bu marafona qatılmaqla məhsulun hazırlanma prosesi ilə tanış olur, məhsul sahibi üçün zəruri sayılan bilik və bacarıqlara yiyələnirlər.
Yarış formatında keçirilən marafonda iştirakçılar məhsul sahibi adının qazanmaq üçün qüvvələrini sınayırlar.
Marafonda birinci yerə layiq görülən komandaya 2500 AZN dəyərində mükafat təqdim olunacaq.
Xatırladaq ki, ötən il Qərbi kaspi Universitetinin komandası bu yarışın qalibi olub.
Geri qayıt