Taksi sürücüsü gənc alimi avtomobildən düşürtdü: "Bu məbləğə apara bilmərəm..."

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu deyib.
"Həm “Bolt”, həm də “Uber” taksi xidmətlərindən istifadə etmişəm. “Bolt”un xidmətini “Uber”dən daha yaxşı dəyərləndiririəm. Çünki “Uber”lə müqayisədə “Bolt”un sürücüləri və maşınları daha yaxşı olur. “Uber” sürücüləri isə nəzakətsizdirlər. Maşında siqaret çəkirlər. “Bolt” maşınları səliqəli olur. Qəpik problemini isə hamısında yaşayırıq. Sürücülər gedişhaqqıdan artıq qalan qəpikləri qaytarmaq istəmirlər. Bu problemi həll etmək üçün kartla ödəniş edilir", - gənc alim qeyd edib.
O hesab edir ki, xanımlara qarşı nəzakətsizlik, yaxud qeyri-etik hərəkətlər, təkliflər bütün taksi xidmətlərində yaşanan problemdir: “Bir neçə dəfə sosial şəbəkələrdə də bu barədə məlumatlara rast gəlmişəm. Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyevin də paylaşımları deməyə əsas verir ki, artıq 50-dən çox taksi sürücüsü bu məsələyə görə cəzalandırılıb, bəziləri həbs edilib. Ümid edirəm, bununla bağlı gələcəkdə cəza tədbirləri olduqca bütün taksi şirkətləri öz sürüclərinə xəbərdarlıq edəcəklər, bu cür xoşagəlməz hallar yaşanmayacaq”.