Bağçalarda ərzaq təminatı üçün ayrılan vəsait azalıb - Nazir təsdiqlədi

S.Şərifov bildirib ki, doğrudan da azalma var: “Amma söhbət maddələrdən gedir. Hazırda Elm və Təhsil Nazirliyi tək ərzaq xərcləri maddəsi üzrə bağçalarda qidalanma məsələlərini həll etmir, eyni zamanda isti yemək verilməsi yolu ilə ketrinq şirkətlərini bu işlərə cəlb edirlər. Artıq bağçalara isti yeməklər çatdırılır”.