Ustad Şəhriyarın qardaşı vəfat etdi

Yenilik.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, Məhəmmədhüseyn Şəhriyarın qardaşı Mirsadiq Xoşginabi dünyasını dəyişib.
Mirsadiq Xoşginabi 1934-cü ildə Təbrizdə anadan olub. Təqaüddə olan Mirsadiq Xoşginabi Təbrizdəki Şəhid Dəstqib orta məktəbinin direktoru vəzifəsində çalışıb.