Ankarada Türk Dövlətləri Mediatorlarının Birliyinin yaradılması konsepsiyası müzakirə edilib.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Qırğızıstan təmsilçiləri Qulsina Kojoyarova, Avazbek Şamşiyev, Qazaxıstan təmsilçisi Jandilda Jakupov mediasiya qurumlarının rəhbərləri qeyd edilən təşəbbüsü dəstəklədiklərini qeyd ediblər.
Görüşün moderatoru, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Əhməd təşəbbüsə dəstək verən qurumların təkliflərinin qısa müddətdə təqdim edilməsini xahiş edib.
Keçirilən müzakirələrdə Azərbaycandan, həmçinin Mediasiya Şurasının mediasiya təlimçisi, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya təlimçisi Cabbar Həsənov, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və Azərbaycanın Türkiyədəki Ticarət Təmsilçisi danışmanı Aygün Əliyeva iştirak edib.
Görüşdə Türkiyə Cumhuriyyətini canlı olaraq 40-a yaxın peşəkar arabulucu (mediator) təmsil edib.