Magistrantlarımız Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasında olublar

Magistrantlarımız Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasında olublar
Qərbi Kaspi Universitetinin Molekulyar biologiya ixtisaslaşmasının I kurs magistrantları b.ü.f.d. Əfruz Nəsirovanın rəhbərliyi altında “AGRO” bitki klinikası və onun nəzdində fəaliyyət göstərən “Fitolab” Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasına olublar.
Burada onlara ilkin olaraq laboratoriyanın ümumi struktur quruluşu haqqında məlumat verilərək laboratoriya otaqlarına baxış keçirilib, müasir cihaz və avdanlıqlar, onların yerinə yetirdiyi funksiyalar haqqında ümumi bilgilər verilib.
"AGRO" bitki klinikasının direktoru Uftade Güner magistrantlara eyni zamanda laboratoriyada həyata keçirilən bitki xəstəliklərinin diaqnostikası, molekulyar analizlər (PZR, GMO) və onların prinsipləri barəsində məlumat verib.
Geri qayıt