“Azərsu”dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat Bağının 70 min manat su borcu var”.
Yenilik.az “Report”a istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın bu gün keçirilən ümumi yığıncağında deyib. Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.