Partiya sədri: “Səfər Mehdiyevi göndərdilər ki, vəziyyət düzəlsin, amma gömrük əvvəlkindən də bərbad vəziyyətdədir...”

Pravda.az xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı "LAF TV"nin efirində deyib.
“Çin və Avropanı birləşdirəcək orta yolun əsas seqmenti bizik. Deyirik ki, milyardlarla dollarlıq mallar Avropaya bizdən gəlib keçsin. Sən bu gün Türkiyənin TIR sürücülərini incidirsənsə, fransalı, çinli, amerikalı, ingilis sənin ərazindən necə keçəcək? Sən ondan da rüşvət alacaqsan, deyəcəksən ki, 30-50 dollar rüşvət ver? Hamımızın xilaskarı məşhur “Trendyol”dan siz də nəsə alırsınız. Niyə limit aylıq 300 dollardır? Səfər Mehdiyevin dönəmində bu məsələni dəfələrlə qaldırmışıq ki, 300 dollara kim nə ala bilər? Bir noutbuk, telefon almaq neçəyə başa gəlir? Ayda əyninə iki normal paltar alsan, limit artıq bitir. Sən niyə limiti 1000 dollara qaldırmırsan ki? 300 dollar limit, 800 dollar da təyyarə ilə gələndə... Niyə, ay qardaş?”, - partiya sədri deyib.