Mediasiya Şurasının nümayəndə heyəti Ankara şəhərində fəaliyyət göstərən 3 mediasiya təşkilatının fəaliyyəti ilə yaxından tanış olub.

Mediasiya Şurasının nümayəndə heyəti Ankara şəhərində fəaliyyət göstərən 3 mediasiya təşkilatının fəaliyyəti ilə yaxından tanış olub. Mediasiya Şurasının nümayəndə heyəti Türkiyə Cumhuriyyətinə ilk rəsmi səfəri çərçivəsində Ankara şəhərində fəaliyyət göstərən 3 mediasiya təşkilatının fəaliyyəti ilə yaxından və yerində tanış olub.

Mediasiya proseslərinin aparılması, mediasiya məxfiliyinin qorunması sahəsində mövcud praktika təşkilat rəhbərləri tərəfindən diqqətə çatdırılıb. Azərbaycan nümayəndə heyəti tərəfindən də Azərbaycanda fəaliyyət göstərən mediasiya təşkilatları barədə geniş məlumat verilib. Qərara alınıb ki, bu sahədə də qarşılıqlı və davamlı təcrübə mübadilələri aparılsın.
Geri qayıt