Mediasiya Şurası ilə Mingəçevir Dövlət Universiteti arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq universitetin tələbələri ilə görüş keçirilib.

Mediasiya Şurası ilə Mingəçevir Dövlət Universiteti arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq universitetin tələbələri ilə görüş keçirilib. Görüşdə Mingəçevir Dövlət Universitetinin Dayanıqlı inkişaf regional innovasiyalar tədqiqat mərkəzinin rəhbəri dosent Asim Məmmədov çıxış edərək ölkəmizdə aparılan 
mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və MDU arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib. 

Görüşdə Mediasiya Şurasını Mingəçevir 1 saylı mediasiya təşkilatı təmsil edib. Mingəçevir  1 saylı mediasiya təşkilatının rəhbəri Ayaz İsmayılzadə və təşkilatın mediatoru Elnur Məmmədov  iştirakçılara mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və onları maraqlandıran suallar
cavablandırılıb.
Geri qayıt