Azərbaycan Texnologiya Universiteti ilə Gəncə 1 saylı Mediasiya Təşkilatı arasında görüş keçirilib.

Görüşdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov çıxış edərək Mediasiya Şurası ilə universitet arasında qurulan əməkdaşlıqdan danışıb.
Gəncə 1 saylı mediasiya təşkilatının rəhbərləri Südabə Məmmədova və Kübra Ələkbərova, təşkilatın hüquqşünas və mediatoru Natiq Əliyev tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub.