XALQIN SAĞLAMLIĞI İLƏ OYNAYIRLAR, YAĞ ALARKƏN DİQQƏT EDİN

Nazirlik tərəfindən təsdiqlənmiş kimi görünən testin saxta olduğu üzə çıxıb. Zeytun yağında saxtakarlığın rekord qırdığı bildirilib. Türkiyə istehsalı olan zeytun yağları Azərbaycanda da satılır. Saxtakarlıqla üzləşməmək üçün dəyərindən çox ucuz satılan zeytun yağlarından uzaq durun.
Bununla belə, xalqın sağlamlığına təhlükə yaradan əsl hissə testin içindəki məlumatlarda gizlənir. Sınağın aparıldığı Aydın Əmtəə Birjası laboratoriyasına zəng edib onun düzgünlüyünü təsdiqləmək istəyəndə ötənilki bu testin real olmadığını öyrəndik. Laboratoriya rəsmiləri “Hürriyet”ə bildiriblər ki, faktiki sınaq öz təşkilatları daxilində başqa məhsul üçün edilib, lakin bizdən gələn testlərə baxdıqda rəfdəki məhsula aid olduğu kimi göstərilib və məlumat fotoşopla edilib. Yəni bazarda qarşılaşdığımız bu sınaq istehlakçını çaşdırır.