CANLI efirdə GƏRGİNLİK: Qurban Yetirmişli zəlzələ haqqında məlumat vermədi, telefonu söndürdü

CANLI efirdə GƏRGİNLİK: Qurban Yetirmişli zəlzələ haqqında məlumat vermədi, telefonu söndürdü "Tv Musavat"ın səhər efirində gərgin anlar yaşanıb. 
Musavat.com xəbər verir ki, hər səhər "Tv Musavat"ın canlı efirində yayımlanan "Səhər Xəbər" verilişində gərgin anlar yaşanıb.
Belə ki, verilişin aparıcısı Sevinc Telmanqızı bu gün səhər saatlarında Bakıda baş verən zəlzələ ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə telefon əlaqəsi saxlayıb, onun zəlzələ ilə bağlı fikirlərini öyrənməyə çalışıb. 
Lakin baş direktor gözlənilməz şəkildə kobud cavab verərək suallardan yayınıb və telefonu qapadıb. 
Həmin anları təqdim edirik: 

Geri qayıt