Qurban Yetirmişli bugünkü zəlzələ barədə: "Buna görə dağıntı baş vermədi"

Sfera.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib:
"Nəzərinizə çatdırım ki, Türkiyədə baş verən zəlzələlərin dərinliyi 5-7-10 km aralığında idi. Bizdə isə zəlzələ 68 km dərinlikdə 51 saniyə baş verib. Buna görə dağıntı baş vermədi".