Oxford University Press nəşriyyatının onlayn bazasından istifadə imkanı

Qərbi Kaspi Universitetinin Kitabxanası tələbə və müəllim heyətinə Oxford University Press nəşriyyatının onlayn lüğət, ensiklopediya, soraq-məlumat bazası və qısa xülasə bazalarına üç aylıq giriş və istifadə imkanı təqdim edir.
Bunlar Oxford Reference, Oxford Research Encyclopedias, Oxford English Dictionary, Very Short Introductions və What everyone needs to know məlumat bazalarıdır. Bazaların linkləri universitet kitabxanasının saytında yerləşdirilmişdir.
İstifadəyə dair texnika və imkanlar barədə, eləcə də müxtəlif elmi mövzular üzrə araşdırma aparan tələbələrə kitabxanada təlimat və konsultasiyalar verilir.
Ətraflı məlumat üçün kitabxanada yaxud [email protected] ünvanı vasitəsilə müraciətlər qəbul edilir.