Tədbirdə mediasiya təşkilatının direktoru Musa Ramazanov, mediatorlar Taryel İsgəndərov, Mahir Babayev, Elvin Abbasov, təşkilatın əməkdaşları, Təhsil İdarəsinin əməkdaşları və müxtəlif təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Mediasiya sahəsindəki yeniliklərin, ictimaiyyətin bu sahədə yaşaya biləcəyi çətinliklər və onların həlli yollarının müzakirəsi ilə keçən görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.