Tümendə uşaqlar arasında sürətlə A qripi epidemiyası yayılmaqdadır.
News24.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, ötən gün səhər saatlarında 12 yaşlı V.-nin məhz bu epidemiya səbəbindən dünyasını dəyişib. Bundan başqa, müayinə zamanı həkimlər bir neçə şagirddə də ARVI simptomlarını aşkarlayıb. Bildirilib ki, hazırda 124 uşaq və 11 böyük bu infeksiyaya yoluxub.