Tanınmış psixoloq deputata cavab verdi

Psixoloqun sözlərinə görə, Avropa ölkələrində belə, istər orta, istərsə də ali təhsil müəssisələrində sərbəst geyimə icazə yoxdur: “Xatırlayıram mən də universitetdə oxuyarkən qızlar yaxın məhəllədəki yaşayış binalarının bloklarında paltarlarını dəyişərdilər. Maraqlısı odur ki, həmin dövrdə tələbə qızların şalvar geyinməsinə universitetdə icazə verilmirdi. Qızlar da şalvar geyinmək üçün ətəyi dəyişərdilər. Burdan nəticə çıxarmaq olur ki, nəyi nə qədər qadağan etsək, bir o qədər ona meyllilik artır. Düşünürəm ki, təhsilin təhsil geyimi olmalıdır. Ümumiyyətlə nəinki təhsildə, hətta dövlət müəssisələrində çalışan hər kəs də bilir ki, dövlət işində çalışdığı rəsmi geyim qaydası var. Bu məsələ universitetlərdə və orta məktəblərdə tələbə və şagird qızlara da, müəllimlərə də aiddir. Düşünürəm ki, təhsildə uniforma olmalıdır. Avropa ölkələrində belə, istər orta, istərsə də ali təhsil müəssisələrində sərbəst geyimə icazə yoxdur. Filmlər sadəcə filmdir”.