YAP Zahid Orucu “vurdu” - Deputat kimlərin hədəfindədir?

“Yeni Sabah” məsələnin təfərrüatını araşdırıb. Həmsöhbət olduğumuz analitiklər məlum proqnozun ortaya çıxmasını S.Novruzovun xarakteri ilə əlaqələndiriblər. Onlar “acıdil adam” kimi xarakterizə etdikləri YAP-çı deputatın iddialarının arxasında çox vaxt konkret arqumentlərin dayanmadıqlarını vurğulayıblar.
İddialara görə, çoxillik parlament yoldaşı olmalarına rəğmən, S.Novruzovun Z.Orucla münasibəti xeyli soyuqdur. Tərəflər arasında inciklik o səviyyə çatıb ki, Z.Oruc rəhbərlik etdiyi qurumun tədbirlərinə S.Novruzovu heç vaxt dəvət etmir. Hətta bəzən YAP-ın digər deputatları da “yaddan çıxır”.
Aldığımız məlumata görə, YAP funksionerinin Z.Orucu “vurması” onun şəxsi təşəbbüsü deyil. Hakim partiyanın kuluarlarında da Z.Oruca münasibətin “isti” olmadığı deyilir. Buna STM-in vaxtaşırı keçirdiyi sorğuların səbəb olduğu bildirilir. YAP-da hesab edirlər ki, Z.Oruc bəzən obyektivliyini itirir və dövlət qurumları arasında ayrı-seçkilik edir. Onun hakimiyyətdaxili mübarizədə tərəfə çevrilməsi isə personasına münasibətin dəyişməsi ilə nəticələnib. Əvvəlki dövrlərdən fərqli olaraq, indi Z.Oruc hakim partiya üçün arzuolunan şəxs sayılmır.
Analitiklər hakim partiyanın S.Novruzovun dili ilə Z. Oruca mesaj verdiyini iddia edirlər. Onların qənaətinə görə, fevralın 7-də keçiriləcək prezident seçkilərində Z.Orucun səsi 1%-in altında olacaq.