Nadir Adilov: "Arbitraj məhkəməsinin yaradılmasını tam dəstəkləyirik"

Nadir Adilov:


Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisində müzakirəsi gedən Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu ilə tanışıq, Qanun aidiyyəti qurumlar tərəfindən münasibət bildirilmək üçün Mediasiya Şurasına da öncədən təqdim edilmişdir. "Biz əlbəttə ki, bu məsələyə çox yüksək səviyyədə münasibətimizi bildirdik və o zaman da qeyd etdik, indi də qeyd edirəm ki, Qanunun qəbulundan, imzalanmasından sonra fəaliyyətə başlayacaq Arbitraj məhkəməsinin fəaliyyətinə əlimizdən gələn dəstəyi verməyə və səmərəli əməkdaşlıq etməyə hazırıq. Ümumiyyətlə, Mediasiya Şurasının mövqeyi ondan ibarətdir ki, Cənab Prezident İlham Əliyev tərəfindən aparılan bütün islahatlarda hər bir qurum bu ekosistemin sağlam bir parçası kimi dəstək göstərməlidir. O səbəbdən də biz nəinki Arbitraj məhkəməsinin fəaliyyətini dəstəkləyirik, həmçinin bu məhkəmənin yaradılması, formalaşdırılması zamanı əlimizdən gələn bütün dəstəyi göstərməyə və Arbitraj məhkəməsi ilə səmərəli əməkdaşlığa indidən hazır olduğumuzu qeyd edirik."

Geri qayıt