Bakıda qız zorla ərə verilib? - Video

Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda məsələ araşdırılır: “Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə videogörüntülərin respublikanın ərazisində lentə alınıb-alınmadığı, həqiqəti əks etdirib-etdirmədiyi araşdırılır. Yekun nəticədə barədə ictimaiyyətə məlumat veriləcək”.