“25 min qazandığımı ancaq xanımım bilirdi” - VİDEO

“25 min qazandığımı ancaq xanımım bilirdi” - VİDEO Xəbər verdiyimiz kimi, “Milyonların şousu” intellektual verilişində ilk dəfə iştirakçı sonuncu suala qədər gəlib çıxa bilib. Tanınmış oftalmoloq Namiq Mustafayev 25 min manat qazanaraq rekord qırıb.
Yenilik.az-ın İTV-yə istinadən məlumatına görə, N.Mustafayev çəkiləndən 4 ay sonra yayımlanan verilişdə qazandığı məbləğdən yalnız həyat yoldaşının xəbərdar olduğunu açıqlayıb: “Mən, demək olar ki, əvvəlki oyunları izləmişdim və adətən, hansı sualların verildiyini təxmin edirdim. Çalışdım ki, onlara hazırlaşım.Oğlum dedi ki, mənə nəticəni demə, mən oyuna baxacağam. Biz bilmirdik ki, verilişin göstərilməsi 4 ay çəkəcək, 2 həftə, 1 ay gözləyirdik. Əvvəlcə dözmək çətin idi, sonra artıq hamının yadından çıxdı. Yeganə bilən həyat yoldaşım idi, o da 2 gün mənimlə danışmadı, məcbur olub ona dedim”.
Qeyd edək ki, Namiq Mustafayev 15-ci suala cavab verməkdən imtina edərək oyunu dayandırıb. O, veriliş tarixində sonuncu suala qədər gələrək sözügedən məbləği qazanan yeganə iştirakçıdır.


Geri qayıt