FHN yanacağı ağacların dibinə tökdü - “Məhkəməyə verilməlidir” - VİDEO

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış alim, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib ki, ümumiyyətlə, dağılan yanacaq hər zaman ətraf mühitə mənfi təsir göstərir:
“FHN-nin nümayəndələri yanacağı ağacların dibinə axıdıblarsa, onları məhkəməyə vermək lazımdır. FHN fəbiətə həddindən artıq böyük ziyan vurur. Deyirlər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin heç nədən başı çıxmır. ETSN FHN-nin atdığı səhv addımları üzünə sayır, özlərinə deyir. Amma FHN bunu qəbul etmir. Bu nə deməkdir? O deməkdir ki, özbaşınalıqdır, kim nə istəyirsə, onu edir. FHN məhkəməyə verilməli, məsələmi məhkəmə həll etməlidir. Nə vaxta qədər onlar yanacaqları ağacların altına tökəcəklər? Ağacların altına yanacaq tökmək ağacı yandırmaq, məhv etmək deməkdir. Buna görə də bütün yanacaq növləri torpağa keçir, torpaq 10 illərlə yanmış vəziyyətdə fəaliyyətsiz qalır, nəticədə yaşıllıqlar məhv olur”.