Fransa Ukraynaya yüzlərlə bomba verəcək - Makron açıqladı

“Silah tədarükü və razılaşmaların yekunlaşması ilə fevralda Ukraynaya səfər etməyi planlaşdırıram. Mən bu mətnlər üzərində işin başa çatdığını elan edəcəyəm, bundan sonra haqqında danışdığım silahların tədarükünə başlanılacaq”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Paris Kiyevə 40 SCALP raketi və yüzlərlə bomba çatdırmağa hazırlaşır.
Makron, həmçinin Fransanın Ukraynaya “Caesar” özüyeriyən haubitsaları da daxil olmaqla, daha çox silah göndərməsinə imkan verəcək sənaye irəliləyişlərini açıqlayıb.