BMT Qərbi Kaspi Universitetinin keçirdiyi tədbir barədə məlumat yayımlayıb

BMT Qərbi Kaspi Universitetinin keçirdiyi tədbir barədə məlumat yayımlayıb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı öz saytında yayımladığı məqalədə Qərbi Kaspi Universitetinin Beynəlxalq Dağlar Günü ilə bağlı keçirdiyi tədbir barədə məlumat verib.
 
Cənubi Qafqazda keçirilən tədbirlərdən bəhs edən məqalədə qeyd edilir ki, Qərbi Kaspi Universitetində dekabrın 7-də keçirilən tədbirdə iştirakçılar dağların hazırkı vəziyyəti, mövcud riskləri, yeni çağırışları müzakirə ediblər.
Xatırladaq ki, tədbirdə Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov, Dayanıqlı Qafqaz təşkilatının Azərbaycan üzrə nümayəndəsi, Qərbi Kaspi Universitetinin müəllimi Fuad Bağırov, BDU-nun müəllimi, Dayanıqlı Qafqaz təşkilatının eksperti Natavan Cəfərova, İsveçrənin ölkəmizdəki səfirliyinin İsveçrə İnkişaf Proqramının layihə rəhbəri Zahir Əhmədov, "Həyəcan" Qeyri-Hökumət Təşkilatının sədri Əliheydər Məmmədov, Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü Emil Cəbrayılov, Dayanıqlı Qafqaz təşkilatının Gürcüstan üzrə sədr müavini Natia Çopliani iştirak və çıxış ediblər.
Eyni zamanda bu mövzuda şagirdlər arasında keçirilmiş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə həmçinin universitetin Dizayn və Memarlıq Məktəbinin tələbələrinin dağlara həsr olunan foto və rəsmlərindən ibarət sərgi təqdim olunub.
Geri qayıt