
Qərbi Kaspi Universitetinin Xor kollektivi Mədəniyyət Nazirliyi və Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “QANIM BAYRAĞIMDADIR” adlı ədəbi-bədii gecədə çıxış edəcək.