6 nömrəli məktəbin rəhbərliyinə XƏBƏRDARLIQ EDİLDİ

O bildirib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib".
Mehriban Vəliyev qeyd edib ki, məktəb rəhbərliyinə xəbərdarlıq edilib. Onun sözlərinə görə, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb.