“Azərlotereya” ASC 2023-cü il üçün hesabatını açıqlamır

Araşdırmaçı-jurnalist qeyd edir ki, xalqın talan edilməsi hesabına əldə olunan yüz milyonlarla gəliri bir tərəfə qoyaq, deyək ki, bu, qumar deyil, sadəcə mərc oyunudur və bütün bunlar yaxşı haldır, büdcəyə milyonlarla vergi ödənilir.
Amma “Azərlotereya” ASC ümumi gəlirlərini açıqlasa da, Azərbaycanda media orqanlarına ayırdığı pulların məbləğini açıqlamır. Maraqlıdır, nə üçün?
Düzdür, ASC-nin 2022-ci il hesabatında “reklam və marketinq xərcləri”nin 11 milyon 865 min manat olduğu qeyd olunub.
Bəs, Medianın İnkişafı Agentliyindən qeydiyyatdan keçən (eləcə də qeydiyyatda olmayan bəzi media orqanları ilə) bütün sayt və qəzetlərlə əməkdaşlıq müqaviləsi bağlayan “Azərlotereya” ASC həmin media orqanlarına ayda nə qədər pul köçürür? 11 milyon 865 min manat vəsaitin neçə faizi saytların və qəzetlərin payına düşür? “Azərlotereya” ASC-nin idarəetməsi Türkiyə şirkətlərinə həvalə olunsa da, nəticədə dövlət qurumudur.
Sonda S.Feyruzov həmkarlarını şəffaflığın aşkar edilməsinə çağırıb:
"Yaxşı olar ki, həmin media qurumlarının rəhbərləri “Azərlotereya” ASC-dən ayda nə qədər pul aldıqlarını bu postun altında qeyd etsinlər. Bu, şəffaflıq nümunəsi sayıla bilər. Gizli və qara iş görmürsünüsə, o zaman bunu açıqlamaqda da problem görmürəm".