Ermənistan mina xəritələri ilə bağlı oyun oynayır - Nazir

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Mina xəritələri, mina mövzusu çox həssas məqamdır. Belə mövzu ilə bağlı Ermənistan 2020-ci ildən bəri oyun oynayır. Ermənistan əvvəllər belə bir xəritənin mövcudluğunu tamamilə inkar edirdi. Sonradan təqdim edilən isə tamamilə yararsız kağızlardır. Ermənistanın minanı döşədiyini, amma harada olduğunu bilmədiyini deməsi absurddur”, – nazir qeyd edib.