"Məni heç bir "hacı" Fatimə etməyib"

"Öz biznesimi də folklorumuza həsr etmişəm. Ora mənim qazanc yerimdir. Ailəm, özüm üçün işləyirəm".
Fatimə son günlər sənət adamlarının adlarının "hacı"larla hallanması məsələsinə də toxunub:
"Səhifələrdə qarşıma çıxır ki, yazırlar şou-biznesdə filankəslər "hacı"larla tanınıblar. Mədəniyyət sahəsində olanlara bu cür baxmayın. Elə özümdən deyim... Məni heç bir "hacı" Fatimə etməyib. Ana qarışqa kimi çalışıb bu yerlərə gəlmişəm. Xoşbəxtəm ki, Allah mənə gözəl ürəyi verib. Nə qədər pisliklər, zərbələr görsəm də, insanlara olan sevgim azalmır. Bəzən elə olur ki, sənətdən küsürsən. Amma sonra deyirəm, yox, Allah mənə güc versin, daha çox iş görüm".