Heyvan otararkən minaya düşən Həsənəli BDU-nu yüksək balla bitirib

H. Əlizadə 2022-ci ildə universitetin Politologiya ixtisasını bitirib. BDU-nu ortalama 90 baldan yuxarı fərqlənmə diplomu ilə bitirən gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib.
Qeyd edək ki, hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.