Yarım milyonluq mənimsəməyə görə tutulan Cəbrayıla 10 il iş verildi

Hökmə əsasən, C.Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cəbrayıl Fərzəliyev 527 min manatlıq mənimsəmədə ittiham edilirdi. O, həmin pulun 342 min manatını bankdan kreditlə götürüb. Həmin vəsait geri ödənilməyib. Cinayət işi üzrə zərərçəkmiş qismində “Paşa Bank” və Gənclər Fondu tanınıb.
C.Fərzəliyev politoloq kimi də fəaliyyət göstərib. O, 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.