"Mehriban Əliyevanın dəstəyi olmasaydı, əlil ola bilərdim" - Cavanşir Quliyev

Səhhəti ilə bağlı danışan bəstəkar deyib:
"Sağlamlıq hər kəs üçün çox vacibdir, lakin bəzən bunu unuduruq. Səhhətimdəki narahatlıq eyni vaxtda üç problemin yaranmasından irəli gəldi. Hazırda səhhətim qaydasındadır. Müalicə müddəti çox ağır idi. Bu müddət ərzində üç əməliyyat keçirdim.
Mənim üçün ən sevindirici hal o oldu ki, əməliyyatlar nəticəsində hansısa qalıcı problem yaranmadı, hətta əvvəlki narahatlıqlarım da aradan qaldırıldı. Burada da əsas olan yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram".