Ermənistan DİN-dən Kamil Zeynallı ilə bağlı AÇIQLAMA

Ermənistan DİN rəsmisi Kamil Zeynallının qətldə təqsirli bilinərək axtarışa verildiyini bildirsə də, söhbətin hansı qətldən getdiyini açıqlamayıb. Belə görünür ki, Kamilə qarşı əllərində konkret fakt yoxdur, hazırda hansısa absurd ittihamlar uydurmaqla məşğuldurlar.
Ermənistan mətbuatı Kamilin Ramil Səfərov tərəfindən cəzalandırılan Qurgen Markaryanın qətlinin 20-ci ildönümündə həbs olunmasını xüsusi vurğulayır.