Mediasiya Şurası İntizam Komissiyasının iclası keçirilib

Mediasiya Şurası İntizam Komissiyasının iclası keçirilib Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhmədin rəhbərliyi ilə keçirilən iclasda İntizam Komissiyasının üzvləri Gülşən Salmanova, Tünzalə Hacıyeva, Zümrüd Əsgərova və Rəfael Cabbarov iştirak ediblər.
İclasda barələrində intizam icraatı başlamış mediatorların iştirakı ilə müzakirələr aparılıb, onların izahatları dinlənilib.
Sonda İntizam Komissiyası başlanılmış intizam icraatları ilə bağlı rəyləri Mediasiya Şurası İdarə Heyətinə təqdim edib.

Geri qayıt